Azerbaijan (az-AZ)
school and education

Haqqımızda

İdrak liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir.   2008-ci ildə Sumqayıtda yaradılıb. 2014-cü ildə Bakı filialı fəaliyyətə başlayıb. Lisey mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənir.      

     Elektron  məktəb proqramı ilə işləyən İDRAK liseyi  ölkədə ən müasir maddi-texniki bazaya, ən son tələblərə cavab verən yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş sinif otaqlarına və laboratoriyalara malikdir. Burada tədris materialının şagirdə effektli ötürülməsi üçün yüksək səviyyəli pedoqiji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedoqoji heyətin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi işləyir.

     Şagirdlərin biliyinin düzgün qiymətləndirilməsi üçün liseydə monitoqrinq qrupu fəaliyyət göstərir. Bundan əlavə  tədris ilinin sonunda şagirdlərin bilik səviyyəsini möhkəmləndirmək üçün bütün əsas fənlərdən şifahi imtahanlar təşkil olunur. Məqsəd şagirdlərə yüksək keyfiyyətli təhsil verərək onların hərtərəfli inkişaflı, vətənpərpər şəxsiyyət, faydalı vətəndaş kimi yetişməsi ilə yanaşı, ölkəmizdə və dünyanın istənilən ölkəsində universitetlərə qəbul olunmasını təmin etməkdir.

     İdrak liseyi ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olan  yeganə məktəbdir. Liseyi bitirən məzunların 40 faizi  xarici ölkələrdə , qalanları isə ölkəmizin universitetlərinin dövlət sifarişli ixtisaslarında təhsil alır.

     İdrak liseyində xarici dillərin öyrədilməsinə və ümumiyyətlə, şagirdlərin nitqinin inkişafına xüsusi önəm verilir. Müxtəlif beynəlxalq təhsil proqramlarından isifadə edirlir.

     Yalnız İdrak liseyində tədris prosesinə tətbiq olunan media dərslər şagirdlərdə dayanıqlı yaddaşın formalaşmasına,  təfəkkürün inkişafına xidmət edir. Tədris olunan bütün fənlər üzrə yeni dərslərin izahı İKT vasitələrilə qeydə alınır. Hər bir şagird öz kodu ilə evdən (İnternet olan istənilən yerdən) liseyin yaddaş bazasına (server) daxil olub istənilən dərsi yenidən izləyə bilər.  Bununla da, şagirdlər “45 dəqiqəlik dərs” məhdudiyyətindən azad olunur, istədikləri vaxt dərsin izahını internet vasitəsilə yenidən izləyə bilirlər. Liseydə “ Fidan” məktəbəqədər hazırlıq qrupu , yeməkxana, həkim otağı  və kitabxana  fəaliyyət göstərir.

     Şagirdlər gün ərzində 3 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar.  Həkim-pediatr tərəfindən hazırlanmış menyuda şagirdlərin yaş xüsusiyyətləri də nəzərə alınır. Uşaqların normal inkişafı üçün zəruri olan ət və süd məhsulları, müxtəlif karbohidratlar, zülallar, meyvə və tərəvəzlər gündəlik rasiona daxil edilir. Liseyin binası müasir isitmə və soyutma sistemi ilə təchiz edilib, fasiləsiz olaraq DİN əməkdaşları tərəfindən mühafizə olunur. Kənar şəxslərin binaya girişi qadağandır. 

Bizi daha yaxından tanımaq üçün Sizi İDRAK liseyinə dəvət edirik .

Valideynlər gün ərzində saat 9 30-dan 1330-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. İnternet  səhifəmiz  vasitəsilə lisey haqqında ətraflı məlumat almaqla yanaşı, ən son yenilikləri də öyrənə bilərsiniz.



IDRAK Təsisçi

IDRAK Təsisçi

1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək əmək...

Daha ətraflı

IDRAK Missiyamız

IDRAK Missiyamız

İdrakliseyinin əsas hədəfi beynəxalq standartlara cavab verən təhsil sistemini daha da inkişaf etdirmək və..

Daha ətraflı

IDRAK İdarə heyəti

IDRAK İdarə heyəti

İdrakliseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin mvafiq lisenziyası ilə fəaliyyət gstərən zəl təhsi..

Daha ətraflı